Rusiyalı səfirə yerini göstərdilər: “Dinc qonşusuna hərbi təcavüz edən ölkənin...”

media-hightechnic-468x90

“Vəziyyətin nədən ibarət olduğunu bilə-bilə bu iddianı dilə gətirən şəxs utanmalıdır”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Danimarkanın müdafiə naziri Yakob Ellemen-Yenssen Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbinin iddiasına cavabında səsləndirib.

Məlumata görə, Ellemen-Yenssen Rusiya səfirinin “Ukraynaya F-16 təyyarələrinin verilməsi müharibəni alovlandırmaqdır” sözlərini cavabsız qoymayıb və diplomatı utandırıb:

“Dinc qonşusuna hərbi təcavüz edən və dinc əhalini öldürən ölkənin nümayəndəsi cəsarət edib deyir ki, guya müharibəni başqaları qızışdırır.

Əslində, onlar: “Biz öz ölkəmizə çəkilirik”, – deyərək günü sabah müharibəni dayandıra bilərlər.

Vəziyyətin nədən ibarət olduğunu bilə-bilə bu iddianı dilə gətirən şəxs utanmalıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600