Rusiyanın “beşinci kolonu” Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ – Moskvadan İrəvana gələn TƏHLÜKƏLİ SİQNAL

media-hightechnic-468x90

“Rusiyanın Cənub, Cənubi Qafqaz və Orta Asiyadakı təsir imkanlarını itirmək istəməməsi tamamilə təbiidir. Çünki uzun illər boyunca bu bölgələrdə əsas nüfuz sahiblərindən biri məhz Rusiya olub. Lakin Ukrayna müharibəsi fonunda, digər regionlarda olduğu kimi, xüsusən də Suriyada müşahidə etdiyimiz kimi, Rusiya Cənubi Qafqaz və Orta Asiyada da təsir imkanlarını tədricən itirməyə başlayıb”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

media-resadbayramli1

Siyasi təhlilçi son günlər Rusiya və Azərbaycan arasında baş verən gərgin münasibətlər fonunda Kremlin Ermənistanda həyata keçirmək istədiyi planları, eləcə də Bakı-Moskva münasibətlərindəki gərgin xətti şərh edib.

Onun sözlərinə görə, bu gün regionda böyük layihələr icra olunur və yeni layihələrə start verilib ki, bunlar artıq Rusiyanın kölgəsindən kənarda, onun himayəsi olmadan aparılır:

“Bu, təbii olaraq Rusiyada qıcıq yaradır və Moskva təsir imkanlarını qorumaq üçün təzyiq siyasətinə üstünlük verir. Bunun nümunələrini görmək mümkündür: təyyarəmizin vurulmasından sonra baş verən hadisələr, Yekaterinburqda soydaşlarımıza qarşı qanunsuzluqlar və vandal aktlar, iş adamlarımıza yönəlmiş hücumlar, daha sonra Odessadakı SOCAR yanacaqdoldurma məntəqəsi və neft anbarına, eləcə də Ukraynanın qaz tədarükünü həyata keçirən kollektorun hədəfə alınması. Bundan əvvəl isə səfirliyimiz yaxınlığına zərbələr endirilməsi Rusiyanın Azərbaycana təzyiqini göstərirdi”.

Həmsöhbətimizin fikrincə, bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycan geri çəkilməyib və öz maraqlarını qoruyub saxlayıb:

“Moskva bunu gördüyü üçün hazırda əsas diqqətini Ermənistan üzərinə yönəltmək məcburiyyətindədir. Azərbaycandan fərqli olaraq, Rusiyanın Ermənistana təzyiq imkanları kifayət qədərdir. İqtisadi asılılıq, Rusiya hərbi bazasının Ermənistan ərazisində mövcudluğu və ölkədə “beşinci kolon” kimi fəaliyyət göstərən radikal qüvvələr və kilsə rəhbərliyi bu imkanları daha da gücləndirir. Beləliklə, Moskva Cənubi Qafqazdakı mövqelərini qoruyub saxlamaq və itirilmiş təsir imkanlarını bərpa etmək üçün Ermənistan üzərindən addımlar atmağa çalışır. Ermənistanın Rusiyanın maraqlarına uyğun hakimiyyət formalaşdırması isə bu planların həyata keçməsində həlledici rol oynayacaq”.

Analitikin fikrincə, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmaların pozulması və digər oxşar məsələlər Rusiyaya bölgə ölkələri üzərində təsir imkanını saxlamağa şərait yaradır:

“Orta Asiyada vəziyyət də oxşardır, çünki Orta Asiya ölkələrinin enerji məhsullarını bazara çıxarmaq üçün alternativ marşrutlar ortaya çıxır ki, bu da Rusiyanı narahat edir. Nəticədə Moskva maksimum şəkildə Cənubi Qafqazdakı mövqelərini qorumağa çalışır. Bu prosesdə Rusiyanın nə dərəcədə uğur qazanacağı Ermənistan hakimiyyətinin mövqelərini qoruyub saxlamasından, həmçinin Qərbdən verilən dəstəyin səviyyəsindən asılıdır. Əgər bu dəstək kifayət edərsə və Ermənistan hakimiyyəti xalqı ətrafında birləşdirə bilsə, Rusiyanın təzyiq imkanları neytrallaşdırılacaq. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın Rusiyanın iqtisadi və enerji asılılığından çıxmasına imkan verə bilər. Daxildəki qüvvələrin neytrallaşdırılması isə hakimiyyət üçün artıq ciddi çətinlik yaratmayacaq. Rusiyanın Cənubi Qafqaz və Orta Asiya ilə bağlı mövqelərini qorumaq və itirilmiş təsir imkanlarını bərpa etmək planları indiki şəraitdə praktiki olaraq həyata keçirilməsi çətin görünür”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa