Politoloq: “Rusiyanın birtərəfli atəşkəsi paradı təhlükəsiz həyata keçirmək üçün bəhanədir” - VİDEO
“Rusiyanın birtərəfli atəşkəsi paradı təhlükəsiz həyata keçirmək üçün bəhanədir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Paşasoy bildirib.
Politoloq Rusiyanın iki günlük birtərəfli atəşkəs qərarının müharibənin dayandırılmasına deyil, Moskvada və digər şəhərlərdə keçiriləcək “9 May” paradını təhlükəsiz şəraitdə reallaşdırmağa xidmət etdiyini diqqətə çatdırıb:
“Rusiya birtərəfli qaydada döyüşlərə iki günlük fasilə verdiyini elan etsə də, Ukraynada hər kəs anlayır ki, bu, sadəcə prezident Putinin “9 May” tədbirlərini sakit şəkildə keçirmək planıdır. Əks təqdirdə, atəşkəsin müddəti daha uzun olar, Ukrayna ilə danışıqların davam etdirilməsi və müharibəyə son qoyulması istiqamətində iradə nümayiş etdirilərdi. Rəsmi Kiyev anlayır ki, Rusiya iki günlük dönəmdə tədbirləri yekunlaşdırdıqdan sonra yenidən Ukraynanın təkcə hərbi infrastrukturuna deyil, eyni zamanda mülki əhaliyə də hücumlar həyata keçirəcək”.
Politoloq qeyd edib ki, hazırda rəsmi Moskva işğal edilmiş ərazilərin bəzisindən imtina etmək niyyətində deyil, əksinə, Ukraynaya qarşı təzyiq (pressinq) siyasətini daha da gücləndirir.
Daha ətraflı videoreportajda.
Nurlan Cəfəri













