Rusiyanın daha bir vertolyotu qəzaya düşdü – Ölənlər var
Rusiya Silahlı Qüvvələrinə məxsus Mi-28N vertolyotu Suriyada qəzaya uğrayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qəza Suriyanın Homs şəhərində, ayın 12-sinə keçən gecə baş verib.
Qəza zamanı 2 heyət üzvünün öldüyü bildirilir. Pilotların cəsədi artıq evakuasiya olunub. Cəsədlər Hmeymim aviabazasında saxlanılır.
Qəzanın səbəbləri araşdırılır. İlkin məlumatlara əsasən, təyyarəyə heç bir atəş açılmayıb.(Aznews)