Rusiyanın DİRƏNC PLANİ: "Regionda böyük gərginlik və qorxu yaratmaq istəyir"
“Rusiya Ermənistan və Azərbaycanı qarışdırmaq istəyir, ancaq Rusiyanın planları baş tutmayacaq”.
Bu sözləri Ermənistanda hakimiyyətlə kilsə arasındakı toqquşma və Rusiyanın kilsəyə dəstək çıxmasını Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli bildirib ki, Rusiya Ermənistanın daxili işlərinə qarışır:
“Ermənistanda baş verən proseslər Ermənistanın daxili məsələsidir. Dövlətlə kilsə arasında, kilsənin nizamnaməsinin pozulmasına görə yaranan qarşıdurmadır. II Qaregin 20 ildən çoxdur ki, kilsəyə rəhbərlik edir. O, kilsənin nizamnaməsini pozub. Erməni katolikos kilsəsinin nizamnaməsinə görə, kilsənin rəhbəri sünnət edə və evlənə bilməz. II Qaregin isə bu qaydaları pozub. Bunun üstü açılıb və dövlət bu yöndə tədbirlər həyata keçirir.
Sual yaranır ki, bu məsələnin Rusiyaya nə aidiyyatı var ?
Rusiya bildirir ki, orada müəyyən qrupların maraqları pozulur və kilsəyə qarşı atılan addımları pisləyir. Putin və Lavrov aidiyyatı oldu, olmadı hər işə burun soxur. Ermənistan öz daxilindəki prosesləri nizamlayır, tənzimləyir. Rusiya buna da mane olur. Hesab edirəm ki, Ermənistandakı prosesləri Rusiya qarışdırır. Hətta Rusiya Azərbaycanı da qarışdırmaq istəyir. Ancaq Rusiyanın istədikləri baş tutmayacaq”.
Səxavət Məmməd