!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Donetsk vilayətindəki strateji HƏDƏFİ – Vuqledara hücum intensivləşir

!Reklam – Yazi

Son günlərin Rusiya ordusunun Vuqledara hücumunu intensivləşdirməsi Ukrayna müharibəsinin cənub bölgəsindəki strateji hədəflərindən birini təşkil edir.

Vuqledar Donetsk vilayətinin cənub-qərbində yerləşən kiçik, lakin strateji mövqeyə malik bir şəhərdir. Bu ərazinin əhəmiyyəti əsasən, onun Ukraynanın cənubundakı nəqliyyat yollarına nəzarəti ilə əlaqədardır və şəhər Donetskdən cənuba doğru irəliləmək üçün vacib mövqedədir. Bu hücum Rusiya ordusunun müharibədə üstünlük əldə etmək üçün həyata keçirdiyi ardıcıl hücumların tərkib hissəsidir.

Xatırlayırsınızsa, Baxmut müharibənin başlanğıcından bəri şiddətli döyüşlərin mərkəzində olan şəhərlərdən biri olub. Rusiya üçün Baxmutun strateji əhəmiyyəti Ukrayna qüvvələrinin müdafiə xətlərini parçalamaq və Donbas bölgəsindəki digər vacib şəhərlərə yol açmaqdan ibarət idi. Ona görə də Baxmut döyüşlərində ciddi itkilərə baxmayaraq, Rusiya buranı ələ keçirə bildi, çünki şəhər Donetsk və Luqansk arasında bir qovşaq nöqtəsi hesab olunur.

Vuqledar isə Baxmutdan sonra Rusiyanın cənub bölgəsinə nəzarəti gücləndirmək və Donetsk vilayətinin daha böyük bir hissəsini ələ keçirmək üçün növbəti addım kimi görünür. Baxmutun əldə edilməsi isə bu hücumlara bir ön hazırlıq olaraq görünə bilərdi, çünki Vuqledarın alınması bu gün Rusiya ordusuna Donetskə doğru cənubdan irəliləmək üçün vacib logistik imkanlar vəd edir.

Rusların digər bir hücum nöqtəsi isə uzun müddət uğrunda döyüşlərin getdiyi Avdeyevka oldu. Avdeyevka Donetsk vilayətinin şimal-qərbində yerləşən və hazırda Rusiya ordusunun nəzarətində olan strateji bir şəhərdir. Rusiya üçün Avdeyevka hücumu da Baxmutda olduğu kimi, Donetsk vilayətinin tam nəzarətini əldə etmək və Donbasdakı Ukrayna qüvvələrinin müdafiə xətlərini zəiflətmək məqsədi daşıyırdı. Avdeyevka Rusiyanın Donetsk ətrafındakı mövqelərini möhkəmləndirmək və şəhəri tamamilə ələ keçirmək üçün vacib bir plan idi ki, Putin üçün də buranın işğalı qələbəyə bərabər bir addım kimi dəyərləndirilirdi. Lakin buradakı döyüşlər Ukraynanın sərt müqaviməti ilə üzləşsə də, Rusiya qüvvələri bu bölgəni əhatə edən mövqelərdə açıq üstünlüyü əldə edərək şəhəri ələ keçirə bilmişdi.

Odur ki, Vuqledar hücumu Avdeyevka əməliyyatlarının məntiqi davamı ola bilər, çünki hər iki şəhər Donetsk vilayətində yerləşir və Rusiyanın Donetsk vilayətinin tam nəzarətinə olan tələblərini yerinə yetirmək üçün həlledici mövqedədir. Vuqledar həm də Avdeyevka və Baxmutdan sonra Donetsk vilayətində önəmli nöqtədə yerləşdiyinə görə, burada uğur əldə etmək Rusiya qüvvələrinə açıq strateji üstünlük verə bilər.

Rafi Müslümov

COP29

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv