!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın erməniləri CƏSARƏTLƏNDİRMƏSİ: "Bu, terroçulara stimul verə bilər"

!Reklam – Yazi

“Hiss olunur ki, Rusiya ilə Ermənistan arasında anlaşma da var. Ermənistan tərəfi təklif edir, təxribat törədir, Rusiya isə buna bənzər açıqlamalar verir”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Ermənistan sərhədində stabilliyin təmin edilməsi üçün atəşkəs rejiminin və dinc əhalinin təhlükəsizliyinin qarantı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə son dərəcə tələbatın olması ilə bağlı fikrinə münasibət bildirən politloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadənin sözlərinə görə, axırıncı təxribat onu göstərdi ki, Ermənistan nə sülh sazişinə hazırdır, nə də sərhədlərin dəqiqləşdirilməsinə:

“İstər 1920, istər 1970-ci illər xəritəsinə görə, sərhədin müəyyən edilməsi Ermənistanın xeyrinə deyil. Ona görə də cığallıq edir. Hətta bu məsələnin Azərbaycanla Ermənistan arasında çözülməsində də maraqlı deyil. Ermənistan Rusiyanın münaqişənin həllində iştirak etməsindən geniş surətdə istifadə etmək istəyir. Bunu ona görə edir ki, gələcəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da, ATƏT-in Minsk qrupunu da qoşa bilsin. Ermənistanın iki məqsədi var. Birinci məqsədi ATƏT-in Minsk qrupunu yenidən dirçəltəməkdir. Əgər bunu Rusiya istəməsə, ikinci planları sərhəd boyu Rusiya sülhməramlılarının yerləşdirilməsidir.

Son döyüşlərdən əvvəl də Ermənistan mətbuatı, politoloqları Rusiya tərəfinin sərhəddə yerləşməsini təklif edirdilər.

Azərbaycan tərəfi razı deyil ki, 10 noyabar 2020-ci il üçtərəfli bəyanatından sonra başqarazılaşmalar olsun. Azərbaycan istəmir ki, üçüncü qüvvə ərazidə olsun, olanların sayı isə artırılsın. Bu, əlavə bir yükdür. Ən yaxşı variant odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın.

Şuşada erməni terrorçu Azərbaycan əsgərinə qumbara atdı. Ancaq Rusiya sülhməramlıları o terroçunu Azərbaycana yox, ermənilərə təhvil verdi. Bu addım gələcəkdə belə addım atmaq istəyənlər, terroçulara stimul verə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv