"Rusiyanın itkiləri kifayət qədərdir" - Blinken

media-hightechnic-468x90

“Rusiya Prezidenti Vladimir Putin arzuladıqlarının əksi ilə qarşılaşır”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NTV-yə müsahibəsində deyib.

O bildirib ki, Putin düşündüklərindən fərqli olaraq NATO-nu parçalaya bilmədi: “1 milyondan çox Rusiya vətəndaşı ölkəni tərk edib. Heç bir şirkət Rusiya ilə əməkdaşlıq etmək istəmir”.

E.Blinken vurğulayıb ki, Rusiyanın itkiləri kifayət qədərdir: “Amma bu dövlətin geri çəkiləcəyinə dair işarə də yoxdur. Rusiya, nəhayət, ağlını başına yığmalıdır. Artıq Rusiyanın gələcəyi məhv olub. Biz də Ukraynanın müdafiəsi üçün əlimizdən gələni edəcəyik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600