Rusiyanın itkiləri yeniləndi
Ukrayna müharibənin 1324-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 119 390 hərbçi, 11 241 ədəd tank, 23 325 ədəd zirehli döyüş maşını, 33 534 ədəd artilleriya sistemi, 1 517 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 225 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 63 705 ədəd avtomobil texnikası, 68 293 ədəd PUA, 3 841 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 973 xüsusi avadanlıq itirib.