Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyanın müdafiə naziri Azərbaycana səfərə gəldi

Reklam: Sinerji Pro

Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana gəlib.

Yenicag.az-ın məlumatına görə, səfərin məqsədi Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.

“İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr kompleksinə baxılacaq”, – deyə Rusiya Müdafiə nazirinin mətbuat katibi bildirib. O, əlavə edib ki, 2019-cu ildə hərbi sferada qarşılıqlı əlaqələrə yekun vurulması, həmçinin MDB dövlətlərinin 2025-ci ilə qədər hərbi əməkdaşlıq konsepsiyasının layihəsinə baxılması nəzərdə tutulub.

Topoqrafiya, metroloji sahəsində, hərbi fəaliyyətin və başqa sferaların informasiya təminatları ilə bağlı qərarlar qəbul ediləcək.

Qeyd edək ki, sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcək./Report/

www.yenicag.az

855
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100