!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın qərarına İsveçdən REAKSİYA: Əlavə qüvvələr yerləşdiriləcək

!Reklam – Yazi

“Qotland adası Baltikin qəlbidir, ona nəzarət edən Baltikə nəzarət edir. Hazırda bu adalar İsveçə məxsusdur, deməli, Baltikə nəzarət də bizdədir”.

Yenicag.az xəbər verir ki, bu sözləri İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Büden deyib.

Onun sözlərinə görə, hazırda adanı daimi olaraq yerləşdirilən bölmələrlə qoruyuruq və təhlükə artarsa, müvəqqəti olaraq orada əlavə qüvvələr yerləşdirəcəyik.

“Mən əminəm ki, Putinin bu adalarda gözü var. Putin bu adaları ələ keçirərsə, Baltikdə NATO-ya ciddi zərbə endirə bilər. Putin Qotlandı işğal etsə, NATO ölkələrini dənizdən təhdid edə biləcək. Bu, Şimali və Baltikyanı regionlarda sülhün və sabitliyin sonu olacaq. Putinin məqsədi Baltik dənizinə nəzarəti ələ keçirməkdir. O, Aland arxipelaqına da nəzər salmış ola bilər. Ruslar Baltik dənizinin giriş-çıxışlarında baş verənləri diqqətlə izləyirlər. Əgər Rusiya Baltik dənizinə nəzarəti ələ keçirib onu bağlasa, bu, bizim həyatımıza çox böyük təsir göstərəcək”.

“Məncə, biz rusları qiymətləndirmirik, onları yalnız zəif görürük, bu çox yanlışdır. Ruslar bizim zəif tərəflərimizi bilir və onlar öz güclü tərəflərini irəli çəkib, bizim zəif tərəflərimizi hədəf ala biləcək təcrübəli partizanlardır.

Biz Rusiyanı diqqətlə izləməli və başa düşməliyik ki, Putin indi ölkəni çox uzunmüddətli qarşıdurmaya hazırlayır. Rusların ukraynalılara qarşı istifadə etmək üçün hələ də daha çox hərbi imkanları və qüvvəsi var və bu, yerdəki vəziyyəti daha da gərginləşdirir, Ruslar çox qısa zamanda bərpa oluna və bizi hədəf ala bilərlər”, – deyə o, əlavə edib.

“Putin Rusiya iqtisadiyyatını bizim edə bilməyəcəyimiz şəkildə müharibə vəziyyətinə salıb. Ruslar hazırda bizim Ukraynaya verə biləcəyimizdən qat-qat çox böyük miqdarda silah istehsal edirlər. Mən düşünürəm ki, Rusiya və Ukrayna müharibəsi çox uzun çəkəcək. Ruslar geri çəkilməyəcək, Ukrayna da təslim olmayacaq. Qısa zamanda qələbə üçün heç bir tərəfdə real imkanlar yoxdur. Amma bir şeyi dəqiq bilirəm ki, Rusiyanın hərbi iqtisadiyyatı və uzunmüddətli müharibəyə hazırlığı yalnız Ukraynaya görə deyil. Putin Kremli tərk etmədən, Baltikə mütləq istiqamətlənəcək”, – deyə M. Büden söyləyib.

Rafi Müslümov

COP29

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv