!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın şərtləri sərtləşir: “Ukraynanın heç bir şansı yoxdur”

!Reklam – Yazi

“Ukraynanın öz məqsədinə çatması üçün heç bir şansı yoxdur”.

Bu fikri Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsinni gedişi, Kursk döyüşləri və gözlənənləri şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.

Şair Ramaldanov bildirib ki, baş verənlər Rusiyanı daha da aqressivləşdirəcək.

“Kurska hücum edən qruplaşma Ukraynanın son ehtiyatı kimi qiymətləndirilir. Onlar Belarus cəbhəsindən çıxarılmış briqadalardır. Bəzi mənbələr 4, bəziləri isə 6 briqadanın olduğunu deyir. Düşünürəm ki, bu briqadaların məqsədi Atom Elektrik Stansiyasnı ələ keçirmək və ora nəzarət etmək, Rusiyanı danışıqlar masasına oturtmaqdır. Rusiya tərəfinin məqsədi isə hücum edən briqadaları dərinliyə çəkib, mühasirəyə salıb, onları məhv etməkdir. Ona görə də, Ukrayna ordusunun dərinliyə girməsi rusların taktiki gedişi ilə bağlıdır. Dərinliyə gedən atəş, hava və logistik dəstək imkanları azalır. Bu isə döyüşlərə mənfi təsir göstərir. Kurskdakı qruplaşma hər tərəfdən Rusiya ordusu tərəfindən əhatə olunub. Mühasirədə olanların aqibəti nə olursa, bu hücumun da sonu elə olacaq”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, müharibə eyni tempdə davam edəcək.
“Rusiya irəliləyirdi, bundan sonra da işğalını genişləndirəcək. Hərbi cəhətdən dəyərləndirsək, Kurska hücum edən briqadaları Rusiya işğalının qarşısının alınmasında daha yaxşı istifadə etmək olardı. Ukraynanın məqsədi torpaqlarını işğaldan azad etməkdir. Kurska hücum etməklə buna nail olar bilir? Yox!

Ukraynanın hədəfi Atom Elektrik Stansiyasnı götürmək idi. Buna nail ola bilmədilər. İndi Rusiya onların məsələsini gec, ya tez həll edəcək, bunu görəcəyik. Ukraynanın Kurska girən qoşunları mühasiridə olan kamikadzelərdir. Məlumat var ki, artileriya dəstəyi, logistika məhdudlaşır. Bunları nəzərə alsaq bu hücumun mənasız olduğu görünəcək.

Ukraynanın öz məqsədinə çatması üçün heç bir şansı yoxdur. Müharibə başlamamış şərtlər fərqli idi, indi Rusiyanın şərtləri də fərqlidir. Rusiya işğal etdikləri əraziləri də tərkibə qatılmasını istəyir. Kursk hücumundan sonra isə Rusiyanın şərtləri daha da sərtləşəcək”, – deyə o vurğulayıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv