!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın standart imkanları da artıq tükənib” – Keçmiş müdafiə naziri

!Reklam – Yazi

“Hazırda Rusiya Ukraynada mümkün qədər çox yaşayış məntəqəsini işğal etməyə çalışır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk yerli mediaya müsahibəsində deyib.

Keçmiş nazirin sözlərinə görə, hərbi cəhətdən tükənmək üzrə olan Rusiya Ukraynada artıq “öz simasını qorumaq” üçün döyüşür:

“Rusiya artıq özünün son gücünü toplayaraq vuruşur. İndi işğalçılar mümkün qədər çox yaşayış məntəqəsini işğal etməyə çalışırlar. Rusiya indi Ukraynada artıq “öz simasını qorumaq” üçün döyüşür. Çünki onun geniş müharibə aparmağa gücü qalmayıb.

Rusiya hətta kimyəvi, yaxud da nüvə silahından istifadə etsə belə, bunun mənfidən başqa bir nəticəsi olmayacaq. Həm də prinsipcə Rusiyanın standart imkanları artıq tükənib”.

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv