Rusiyanın "uçan kiçik Çernobl"ı: Dünya böyük müharibənin astanasında - ŞƏRH

media-hightechnic-468x90

“Dünya yenidən “Soyuq Müharibəyə” qədəm qoyur”.

media-rovshen

Bu fikri Rusiyanın yeni strateji raketi olan “Burevestnik”i sınaqdan keçirməsi və bunun yarada biləcəyi təhlükəni Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

O bildirib ki, “Burevestnik”in sınaqdan keçirilməsi onsuzda gərgin olan Rusiya ABŞ münasibətlərini bir qədər də gərginləşdirə bilər:

“Burevestnik” qanadlı raketdir. O raketlər hipersəs raketlər sinfinə aid deyil. Qeyri-ənənəvi raketlərdir. Bu raketləri təhlükəli edən limitsiz havada qalması, nüvə reaktoru ilə işləməsidir. Bu raketlər ABŞ-nin hava hücumundan müdafiə sistemləri üçün təhdid yaradır.

Raketin digər problemi ondan ibarətdir ki, bu raket nüvə reaktoru ilə işlədiyi üçün buraxılış uğursuz alınsa, ciddi təhlükə yaradacaq. Ona görə də, bu raketə “uçan kiçik Çernobl” deyirlər.

Qərb Rusiyanı sanksiyalarla sıxır. Rusiya isə bu tip strateji raketlərlə Qərbi təhdid edir. Görünən odur ki, böyük dövlətlər ciddi silahlanmaya gedirlər. Sanki dünya yenidən “Soyuq Müharibəyə” qədəm qoyur. Hesab edirəm ki, bu tip addımlar çox təhlükəli nəticələr verə bilər. Üstəlik münaqişə ocaqları da genişlənməkdədir. Dünya böyük bir müharibənin astanasındadır desək, yanılmarıq”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa