Rusiyanın Ukraynaya qarşı şərtləri

media-hightechnic-468x90

ytyt7Moskva Kiyevin Krım referendumunun nəticələrini tanımasını, gələcəkdə NATO-ya üzvlükdən imtina etməsini və ölkənin federallaşmasını təklif edir

media-banner_tuq

Rusiya Xarici İşlər Nazirliyi Ukraynada yaranmış böhrandan çıxış üçün öz şərtlərini açıqlayıb.

Rusiya XİN-dən bildirilib ki, Moskva xarici tərəfdaşlarla birlikdə Ukraynada böhranın həlli üçün çoxtərəfli dəstək mexanizminin formalaşdırılmasına başlamağa hazırdır.

Rusiyanın təklifləri aşağıdakılardır:

– ABŞ və Avropa Birliyi ilə bir yerdə Ukraynanın bütün siyasi qüvvələri üçün məqbul olacaq Ukraynaya Dəstək Qrupunun formalaşdırılması;

– Ukraynanın neytral hərbi-siyasi statusunun BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi ilə möhkəmləndirilməsi;

– Krım əhalisinin referendumun nəticələri əsasında öz taleyini müəyyənləşdirmə hüququnun tanınması;

– Ukrayna Ali Radası tərəfindən yeni federativ Konstitusiyanın hazırlanması üçün bütün bölgələrin təmsilçiliyi ilə təcili Konstitusiya yığıncağının çağırılması;

– Yeni Konstitusiya layihəsinin ümumxalq referendumuna çıxarılması və qəbul edilməsindən sonra ümumi seçkilərin keçirilməsi;

– Rus dilinə ikinci dövlət dili statusunun verilməsi.

Rusiya XİN bu təkliflərin bir həftə əvvəl ABŞ, Avropa ölkələri və digər tərəfdaşlara təqdim edildiyini açıqlayıb.

apa

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05