Rusiyaya Amerikadan “demokratiya peyvəndi”

media-hightechnic-468x90

60691“Amerikasayağı demokratiya peyvəndi” ilə eksperimentlər Rusiyada heç vaxt keçmiyəcək.

Belə bir açıqlamanı cümə günü Rusiya DİN başçısı Vladimir Kolokolsev verib.

“Biz “amerikansayağı demokratiya peyvəndi” ilə eksperiment aparılan ölkələrdə faciəvi nəticələri görürük. Onların iqtisadiyyatının dağılması, dəhşətli sosial vəziyyətləri, faktiki olaraq dövlətçiliyin məhvi göz qabağındadır”- deyə baş komandanlığın hərbi birliyinin yekun iclasında çıxışı zamanı Kolokolsev bildirib.

O qeyd edib ki, “Belə bir vəziyyət istənilən ssenaridə Rusiya Federasiyasında heç vaxt baş verməyəcək”. “Biz bunun əksini düşünən hamıya xəbərdarlıq edirik”.

Bununla belə Kolokolsev DİN-in daxili qoşunlarının buna qarşı duran ən güclü vasitə kimi adlandırıb.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600