Rusiyaya daha bir zərbə – Helikopteri də vuruldu

media-hightechnic-468x90

helikoptervurulduSuriyada Rusiya məxsus helikopter vurulub.

Bu barədə Suriyanın Londonda yerləşən Syrian Observatory for Human Rights təşkilatı məlumat yayıb. Suriyada döyüşən qruplaşmalardan biri bildirib ki, vertolyot tank əleyhinə raketlə vurulub. Syrian Observatory for Human Rights dəqiqləşdirib ki, raketin vurduğu vertolyot Suriyanın Latakiya əyalətində təcili eniş edib.

Qeyd edək ki, Rusiya vertolyotu Suriya-Türkiyə sərhədində Rusiya qırıcısı Su-24-ün vurulmasından bir neçə saat sonra vurulub. Türkiyə hərbçiləri təyyarəni Türkiyə hava sərhədini pozduğu üçün vurduqlarını bildiriblər. Rəsmi Moskva isə təyyarənin Türkiyə ərazisinə keçdiyini təkzib edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa