Rusiyaya qarşı 10 il mübarizə aparmış Şaara Moskvadan İNDİ NƏ İSTƏYİR? - ŞƏRH

media-hightechnic-468x90

“Şaara atacağı addımları Türkiyə ilə razılıq əldə edəndən sonra gerçəkləşdirir. Əgər razılaşmadan addım atarsa onun hakimiyyəti üçün ciddi təhdidlər yarana bilər”.

media-6445

Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əş-Şaaranın Rusiyaya baş tutan səfəri, həmçinin Türkiyənin proseslərə reaksiyasından danışıb.

Politoloq bildirib ki, Suriyanın keçid hökumətinin rəhbəri Əhməd Əş-Şaaranın Moskva səfərinin arxasında bir neçə səbəb dayana bilər.

“Bunun Rusiya Prezidenti Vladimir Putinin istəyi olduğunu deyə bilmərik. Eyni zamanda Rusiyanın hərbi bazalarının saxlanılması ilə bağlı məsələ də dəqiqləşməyib. Əgər Rusiya hərbi bazaların saxlanmasını dilə gətirsə təbii olaraq Türkiyə narahatlıq keçirə bilərdi. Şaara bunu açıq şəkildə demir.

Şaaranın səfərinin arxasında bir neçə əsas səbəb dayanır.

Birincisi, devrilən və Rusiyaya qaçan Bəşər Əsədin geri qaytarılması və onun cinayət məsuliyyətinə cəlb olunması məsələsidir. Lakin Rusiyanın onu təhvil verəcəyi real görünmür.

İkincisi isə Rusiya hərbi bazaları məsələsidir. Tartusda və Xmeymimdə Rusiya hərbi bazaları mövcuddur. Rusiya burada qalmaq və mövqelərini qorumaq istəyir. Amma bunu istəməyən Suriyanın reaksiyası hələ tam məlum deyil”.

Onun sözlərinə görə, Türkiyə və ya ABŞ-nin Rusiyanın Bəşər Əsəd dönəmindəki gücünün saxlanmasına icazə verəcəyi real görünmür:

“Şaara atacağı addımları Türkiyə ilə razılıq əldə edəndən sonra gerçəkləşdirir. Əgər razılaşmadan addım atarsa onun hakimiyyəti üçün ciddi təhdidlər yarana bilər.

2015-dən 2024-ə qədər Şaara həm Bəşər Əsəd, həm də Rusiyaya qarşı mübarizə aparıb. Bu səbəbdən Şaaranın Rusiyaya rahatlıqla icazə verəcəyi real görünmür”, – deyə o bildirib”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa