!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya qarşı yeni SANKSİYALAR: Siyahıda Kabayevanın adı da var

!Reklam – Yazi

Kanada Rusiya vətəndaşları ilə şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Kanadanın Xarici İşlər Nazirliyinin (XİN) Rusiya əleyhinə qəbul etdiyi yeni sanksiayalar zərfi 4 şirkət və aralarında olimpiya çempionu, “Milli Media Qrupu”nun rəhbəri Alina Kabayeva da olmaqla, 22 nəfəri əhatə edir.

Qeyd olunur ki, Kanada XİN-in bu barədə bəyanatı Kanada hökumətinin rəsmi saytında yerləşdirilib. Açıqlanan siyahıda “Rosselxozbank”, “İnvesttorqbank” və
digər qurumlar var.

Xatırladaq ki, Kanada hökumətinin Rusiya əleyhinə son sanksiyalar zərfi mayın 20-də qəbul edilmişdi. Həmin siyahıya tanınmış rusiyalı biznesmenlər və onların ailə üzvlərindən ibarət 24 nəfərin adı daxil olunmuşdu. Bundan başqa, Kanada Rusiyaya kompyuter texnikasının ixracını da qadağan edib.

www.yenicag.az

540
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv