Ruslar BMT-nin maşınlarını vurdu

media-hightechnic-468x90

Oktyabrın 14-də səhər saatlarında Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətində BMT-nin humanitar yardım maşınlarına hücum edib. 

media-banner_tkm

Yenicag.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin açıqlayıb.

“Bu gün səhər saatlarında Belozersk icmasında Rusiya qüvvələri BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinə məxsus yük maşınlarını pilotsuz təyyarələrdən və artilleriyadan atəşə tutub. Xüsusi nişanları olan dörd ağ maşın hərbi texnika deyil, humanitar yardım aparan maşınlardır”, – Prokudin “Telegram”da yazıb.

Onun sözlərinə görə, avtomobillərdən biri yanıb, digərinə isə ciddi ziyan dəyib: “Digər ikisi hücumlardan xilas ola bilib. Möcüzə nəticəsində heç kim xəsarət almayıb”. /unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05