Suriyanın Tel-Rıfat bölgəsindən çıxan Rusiya qoşunlarının yerinə İran ordusu (SEPAH) yerləşib.
Yenicag.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, İran tərəfindən dəstəklənən“Həşd əş-Şabi” terrorçuları isə Sincarda yerləşdirilib.
İrana bağlı “Əsaib Əhlil Haqq” radikal qrupunun lideri Qeys Qəzali, Hizbullahın liderlərindən biri Hüseyn Həmdəvi və Hadi əl-Əmiri Sincarla bağlı Türkiyəni təhdid edərək, hücuma keçəcəyi mesajlarını veriblər.
Bir yüksək vəzifəli türkiyəli hərbçi qəzetə 2018-ci ildə Tel-Rıfatda keçirilməsi planlaşdırılan hərbi əməliyyatların bütün hazırlıqlarının tamamlandığını, amma İranın buna mane olmasından sonra təxirə salındığını bildirib./teleqraf/