!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruslar geri göndərildi, təyyarə hələ də dənizdə... - Qabil Hüseynli səbəbləri açıqladı

!Reklam – Yazi

“Söz verdilər ki, hava imkan versə, bazar gününə qədər təyyarəni sudan çıxaracaqlar”.

Bu sözləri Yenicag.az-a iyulun 24-də qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət katibi Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, qara qutu və pilotun nəşini axtarırlar: “Bizə dedilər ki, qanadları özünə birləşdirən əsas gövdənin yeri tapılıb. O gövdə tökmə olduğu üçün parçalanmayıb. Ehtimal edilir ki, kabina həmin gövdənin altındadır. Dünən bildirdilər ki, hava imkan versə, bazar gününə qədər əsas gövdəni dənizdən çıxaracaqlar. Dünən həmin gövdənin altına “tros” sala bilməyiblər. Buna səbəb də dənizin altındakı fırtınadır. Fırtına həm görməyə, həm də dalğıcların bir yerdə dayanmasına imkan vermir”.

Rusların axtarış üçün yardıma gəlməsi barədə isə Qabil Hüseynli bunları deyib: “Rusların gəlməyinə icazə vermədilər. Türklər işi üzərlərinə götürüb. Azərbaycan tərəfinin gücü var ki, təyyarəni dənizdən çıxara bilsin.

Ruslar Dərbənddən yeni çıxırdılar ki, Azərbaycan tərəfi qəzaya uğrayan təyyarənin yerini tapdığını bildirib və buna görə də, onları geri qaytarıblar”.

Sonda Qabil Hüseynli qeyd edib ki, əgər qara qutu və kabina əsas gövdənin altından çıxmasa, ümidləri xeyli azalacaq.

Səxavət Məmməd

COP29

www.yenicag.az

5100
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv