Rusların Azərbaycan və Avrasiya proqnozu…

media-hightechnic-468x90

publika.az1410767940publika.az1393067129avrasiya ittifaqı

Qabil Hüseynli: “Burada məqsəd Azərbaycan ictimai rəyinə təsir və onu narahat etmək, bəlli bir istiqamətə kökləməkdən ibarətdir”

Elxan Mehdiyev: “Bu məsələ gündəlikdə deyil”

Son zamanlar bir sıra Rusiya mətbu orqanlarında Azərbaycanın yaxın zamanlarda Avrasiya İqtisadi İttifaqına daxil ola biləcəyilə bağlı müxtəlif fikirlər səslənməyə başlayıb. Onların iddialarına görə, cari ilin noyabr ayında rəsmi Bakı sözügedən quruma üzv olacaq.
Bu fikrin nə dərəcədə real olub-olmadığını, ortaya atılmaqda hansı məqsəd daşıdığını aydınlaşdırmaq üçün YENİCAG.AZ olaraq ekspertlərə müraciət etdik. 

QabilPolitoloq Qabil Hüseynli saytımıza açıqlamasında yayılan məlumatı dezinformasiya adlandırdı: “Dağlıq Qarabağ problemi həll olunmadan Azərbaycanın hər hansı bir birliyə daxil olması mümkünsüzdür. Kimsə belə bir addım atmağa zənnimcə, cəsarət etməz. Ən azından 7 rayonun qaytarılması məsələsi həll edilmədən Azərbaycan Avrasiya İttifaqı, yaxud da Gömrük İttifaqı istiqamətində hər hansı bir hərəkət edə bilməz. Azərbaycan nəyisə əldə etməlidir ki, onun müqabilində etimad mühiti yaradan bir şəraitdə j birliyə daxil olsun. Ona görə də, noyabrda ölkəmizin Avrasiya İttifaqına üzv olacxağı istiqamətində yayılan xəbərləri hələ ki, dezinformasiya hesab edirəm. Bu dezinformasiyalarda əsas məqsəd Azərbaycan ictimai rəyinə təsir və onu narahat etmək, bəlli bir istiqamətə kökləmək xarakteri daşıyır”.

530037_439709
Politoloq Elxan Mehdiyev də belə bir məsələnin gündəmdə olmadığını söylədi: “Azərbaycanda hazırda elə bir ab-hava yoxdur ki, onun noyabrda Avrasiya İttifaqına üzv olacağının real olduğunu düşünə bilək. Nə ölkəmiz onlara müraciət etməyib, nə də həmin qurum bizə belə bir müraciət ünvanlamayıb. O baxımdan düşünürəm ki, bu iddialar sadəcə mülahizələrdir. Həmin mülahizəni gündəmə gətirməsi isə sadəcə jurnalist təxəyyülünün məhsuludur. Amma reallıqda bu məsələ gündəlikdə deyil”. 

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600