Tanınmış rusiyalı parodiyaçılar bu dəfə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini ələ salıblar.
Yenicag.Az Rusiya mediasına istinadən xəbər verir ki, rusiyalı yumoristlər Vovan (Vladimir Kuznetsov) və Leksus (Aleksey Stolyarov) hazırda Macarıstanda olan Saakaşviliyə zəng vuraraq, onunla Ukrayna prezidenti Administrasiyasının sədr müavininin adından danışıblar.
Kiminlə danışdığının fərqində olmayan Saakaşvili telefon söhbətində Ukrayna prezidenti Petro Poroşenkonu təhdid edib:
“Əgər məni Ukraynaya buraxırlarsa, bu, bir tarixdir. Yox, əgər mənə maneə yaradacaqlarsa, bu, o itlərin işi deyil – mən lazım olanları tam proqram üzrə elə edəcəm ki, paylarını götürəcəklər.
Yeri gəlmişkən, mən ona (Poroşenkoya – red.) yazdım. Dedim ki, deyəsən, mənim kim olduğumu unudub. Mənim tükənməz enerjim, geniş əlaqələrim, böyük adım var. Mən bu imkanlarımdan oliqarx tipajlarına qarşı konkret məqsədlər naminə istifadə edəcəm”.
Qeyd edək ki, Saakaşvili bu il iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılıb.
www.yenicag.az