Saakaşvilidən Azərbaycan açıqlaması: "Yaxında tarixi hadisə olacaq"

media-hightechnic-468x90

Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq.

media-banner_tuq

Yenicag.az “Teleqraf”a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək: Azərbaycan və Ermənistan Donald Tramp vasitəsilə sülh müqaviləsi imzalayacaq.

Prezident Əliyevlə Baş nazir Paşinyan bir müddətdir danışıqlar aparır, amma ABŞ prezidentinin vasitəçiliyi ilə proses sürətlənib. O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq.

Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir”, – sabiq prezident bildirib.

M.Saakaşvili əlavə edib ki, Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyətdə dəyişmək üzrədir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05