Saatlıda ana və körpəsi doğuş zamanı öldü
Saatlıda ana və körpə ölümü baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə Saatlı Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.
Rayonun Nəsimikənd kənd sakini, 1991-ci il təvəllüdlü Səkinə Əziz qızı Bəkirova və körpəsi doğuş zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./Report/