Saatlıda yol qəzası: piyada xəsarət aldı

media-hightechnic-468x90

Saatlı rayonunda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. 1956-cı il təvəllüdlü Əsədov Zakir Eynulla oğlu yolu piyadalar üçün nəzərdə tutulan yerdən keçərkən minik avtomobili onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin əziyi diaqnozları qoyulub. Z.Əsədovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa