“Sabah” – “Araz-Naxçıvan” oyunu heç-heçə bitdi

media-hightechnic-468x90

Misli Premyer Liqasının XXV turunda üz-üzə gələn “Sabah” və “Araz-Naxçıvan” kollektivlərinin duelində qalib müəyyənləşməyib.

Yenicag.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.

Meydan sahiblərinin heyətində Xəyal Əliyev (7) və Sofian Çakla (64) adını tabloya yazdırıb. Qonaq komandadan isə Bernardo Diasla (12) Ülvi İsgəndərov (72) dəqiq zərbə müəllifi olublar.

“Araz-Naxçıvan” turnir cədvəlində 46 xalla dördüncü, “Sabah” isə 34 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Şamaxı” “Səbail”i, “Qarabağ” “Sumqayıt”ı, “Zirə” isə “Turan Tovuz”u 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” matçı ilə yekun vurulacaq./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600