İ.Dadaşov küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Yeniçag.az “Azəravtoyol” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində aprılan təmir işləri ilə əlaqədar olaraq 08 aprel tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Qismən məhdudlaşma təmir işlərinin aparıldığı ərazilər üzrə tətbiq ediləcək. Küçənin digər hissələrində hərəkət açıq olacaq.
Sözügedən küçədə sıxlığın yaranmaması üçün sürücülərdən təmir işləri bitənədək alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyyə olunur.
Yeniçağ.az
www.yenicag.az