Sabah hava necə olacaq?

media-hightechnic-468x90

15abe30138b34575fae6f354d3463ad0Azərbaycan ərazisində noyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə bir qədər aşağı olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 9-11 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 2-5, gündüzlər 13-18, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm), bəzi yerlərdə isə çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-9 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 12-17, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə çox olacağı gözlənilir.

Yuxarı Qarabağ – Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 27-34 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti (gecələr 2-7, bəzi günlərdə 0-5 dərəcə isti, dağlarda 8-13 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 1-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın və bir qədər çox (norma 29-73 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran – Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 8-11 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-5, gündüzlər 13-18, bəzi günlərdə 4-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 1-3 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 12-17, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

media-ziraat-728x90

Sabah hava necə olacaq?

media-hightechnic-468x90

7635126fab50f04c05efd2201ad8d5a5Fevralın 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, gecə və səhər bəzi yerlərdə duman və çiskin olma ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşama doğru şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 7-si axşamadək Abşeron yarımadasında atmesfor təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, fevralın 8-də meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600