!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah hava necə olacaq?

!Reklam – Yazi

Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az-a bildirilib ki, şimal küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 15-17° isti təşkil edəcək.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

www.yenicag.az

2171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv