Sabah hava necə olacaq?

media-hightechnic-468x90

kulekhavaSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.

media-banner_tkm

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 2-dən 4-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05