Sabah hava necə olacaq? – Proqnoz

media-hightechnic-468x90

qarfyuSabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz, gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

media-ziraat-728x90

Sabah hava necə olacaq? – Proqnoz

media-hightechnic-468x90

hava_durumu_hava_durumu_ikon_seti_-_mybb_turkçe_destek_sitesiBakıda və Abşeron yarımadasında 13-16 dərəcə isti proqnozlaşdırılır

Noyabrın 1-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə çiskinli olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 1-də arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olma ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600