Sabah hava yağmursuz olacaq

media-hightechnic-468x90

Noyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600