“Sabah”ın yeni baş məşqçisi o oldu

media-hightechnic-468x90

“Sabah” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Klubdan Yenicag.az-a bildirilib ki, litvalı mütəxəssis Valdas Dambrauskasla 3 illik müqavilə bağlanıb.

Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalqiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.

Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya Kubokunun (2018/19), üç dəfə Litva Kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya Kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600