“Sabah” – “Petrokub” oyununa satılan biletlərin sayı açıqlandı
“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Petrokub”la (Moldova) cavab matçına satılan biletlərin sayı açıqlanıb.
Yenicag.az xəbər verir ki, 5000 bilet öz sahibini tapıb.
Qeyd edək ki, “Sabah” – “Petrokub” görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb – 2:0.