Sabah Şəriəti və Elvin Mürsəliyev finalda-Video
Bu gün “Bakı-2015” I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, yarışın son günündə 66, 75, 85 və 130 kq çəki dərəcəsində mübarizə gedəcək.
Azərbaycan yığması bütün çəki dərəcəsində təmsil olunacaq.66 kq çəkidə dünya və Avropa çempionumuz Həsən Əliyev artıq mübarizəyə başlayıb. O, ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qarşılaşıb və 4:2 hesabı ilə qələbə qazanıb.
Pəhləvanımız 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçə 5:0 hesabı ilə qalib gəlib. Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Güləşçimiz bu rəqibinə də qalib gələrək (3:0) yarımfinala yüksəlib. O, yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşıb və rəqibinə uduzub – 5:8
75 kq çəkidə yığmamızın üzvü Elvin Mürsəliyev də yarışa ilk mərhələdən qoşulub. Slovakiyalı Riçard Riqo ilə üz-üzə gələn həmyerlimiz çətinlik çəkmədən 1/8 finala yüksəlib – 8:0. O, bu mərhələdə rumıniyalı İonel Puskasu ilə üz-üzə gələn idmançımız qələbə qzanaraq 1/4 finala yüksəlib. O, 1/4 finalda rusiyalı idmançı Çingiz Ramazanovu 4:2 hesabı ilə məğlub edib. 75 kq çəki dərəcəsində güləşçimiz Elvin Mürsəliyev növbəti görüşünə çıxacaq. O, finala vəsiqə uğrunda gürcüstanlı Zurabi Datunaşvilli ilə üz-üzə gəlib.Mürsəliyev 3:2 hesabı ilə qələbə qazanaraq final vəsizə qazanıb.
85 kq çəkidə millimizin liderlərində olan Saman Təhmasibi ilk döyüşdə italiyalı Fabio Parisi (İtaliya) ilə qüvvəsini sınayacaq. Güləşçimiz 1/4 finalda Ermənistan təmsilçisi Maksim Manukyanla qarşılaşıb. Görüş rəqibin 9:0 hesablı qələbəsi ilə başa çatıb.
130 kq çəkidə mübarizə aparacaq idmançımız Sabah Şəriəti 1/8 finalda Mikola Kuçmi ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız 1/4 finala yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Yakobi Kajaya (Gürcüstan) qüvvəsini sınayıb və 5:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.O, yarımfinalda belaruslu İosib Çuqoşvilini məğlub edərək (5:0) finala yüksəlib.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə yarışın yarışın ilk günündə idmançılarımızdan Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medal qazanıb.