Sabah təbii qazın verilməsində məhdudiyyətlər olacaq

media-hightechnic-468x90

496112_468391Abşeron, Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan verilə məlumata görə, noyabrın 25-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Giləzi”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Qaradəmirçi”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Dondarquşçu” və “Alabaşlı” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Tovuz, Göygöl, Bərdə, Samux, Şəmkir, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600