Martın 9-da Azərbaycanda havanın yağıntılı keçəcəyi, rayonlara qar yağacağı gözlənilir.
Bu barədə Yenicag.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə çiskinli, gündüzdən isə arabir yağıntılı olacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.
www.yenicag.az