Sabaha olan hava proqnozu açıqlanıb

media-hightechnic-468x90

kulekhavaMayın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

media-banner_tuq

Səhər zəif duman olacaq, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 14-17 dərəcə isti, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 14-16 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq.

Mayın 24-də Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05