Sabahın hava proqnozu – Yenicag.Az

Reklam

Reklam

Bakı və Abşeron yarımadasında martın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman, səhər saatlarında çiskin. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."