Sabahın hava proqnozu açıqlandı

media-hightechnic-468x90

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə üzrə oktyabrın 16-da gözlənilən hava şəraitini açıqlayıb.

media-banner_tuq

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Oktyabrın 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05