Sabahın hava proqnozu açıqlandı

media-hightechnic-468x90

Mayın 31-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa