!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın hava proqnozu: Rütubətlilik çox olacaq

!Reklam – Yazi

Azərbaycanda dekabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir çiskinli yağış yağacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Dekabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağıntılı, ayrı-ayrı yerlərdə isə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliliyin bir qədər çox olması bəzi insanlarda narahatlıq hissi yarada bilər.

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv