Sabahın havası: Yağış, qar, külək...  

media-hightechnic-468x90

Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600