Sabiq baş nazir qəzaya düşdü

media-hightechnic-468x90

13304f08f8ccd14d23ac7b43cc31acd8Moldovanın sabiq baş naziri Vladimir Filat qəzaya uğrayıb.

Bu barədə Moldova Liberal-Demokratik Partiyasının (MLDP) mətbuat katibi Larisa Manole bildirib.

“Salonunda MLDP sədri Vladimir Filatın olduğu avtomobil və onu müşayiət edən avtomobil yol-nəqliyyat hadisəsinin iştirakçısı olublar. Qəza Kişinyov-Leuşenı magistral yolda baş verib. Avtomobillər qarşı gələn nəqliyyat vasitəsi ilə toqquşub”, deyə Manole bildirib.

O qeyd edib ki, V.Filatın iki mühafizəçisi və onu müşayiət edən avtomobilin sürücüsü xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, bu gün Moldovada parlament seçkilərindən əvvəl sükut günüdür.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600