Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ

media-hightechnic-468x90

Gədəbəy rayonunun həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli əfv olunub.

media-banner_tuq

Yenicag.az  xəbər verir ki, onun adı Prezident İlham Əliyevin bu gün imzaladığı əfv Sərəncamında var.

Xatırladaq ki, Saleh Rüstəmli 2018-ci ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Saleh Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05