Sabiq icra başçısı məhkəmə zalında həbs edildi

media-hightechnic-468x90

qandaldg40Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qobustan rayonunun sabiq icra başçısı Alışov Rafiq Şıxməmməd oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

media-banner_tkm

Məlumata görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş ev dustaqlığı dəyişdirilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənib. R.Alışov məhkəmə zalında həbs edilib.

Məhkəmə baxışı dekabrın 18-ə təyin edilib.

Qeyd edək ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə dələzuluqda) ilə cinayət işi açılıb. (lent)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05