Sabiq nazir həbs edildi

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

media-ziraat-728x90

Sabiq nazir həbs edildi

media-hightechnic-468x90

images (11)Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Tbilisi Şəhər Məhkəməsinin qərarında sabiq nazir üç il ərzində hər hansı dövlət vəzifəsi tutmaq hüququndan da məhrum olunub.

B. Axalaya Gürcüstan CM-in 114-cü (işgəncə) və 332-ci (xidməti səlahiyyətlərdən sui-istifadə), eləcə də 333-cü maddəsi (xidməti səlahiyyətləri aşmaq) üzrə təqsirli bilinib.

Cinayət işi 2006-cı il yanvarın 12-də Tbilisinin Navtluqi rayonu ərazisində həyata keçirilmiş xüsusi əməliyyata görə açılıb. İstintaq materiallarına görə, əməliyyat zamanı üç gənc öldürülüb. Cinayət işində adı keçən Levan Kardava və Georgi Mazmişvili qəsdən adamöldürmədə ittiham olunur. Daha bir müttəhim Data Axalaya isə hazırda Yunanıstandadır.

media-ziraat-728x90

Sabiq nazir həbs edildi

media-hightechnic-468x90

lplpoİsrailin keçmiş Baş naziri Ehud Olmert həbs edilib.

Təl-Əviv məhkəməsi eks-Baş naziri Qüds şəhərində “Holilend” adlı yaşayış kompleksinin tikintisi üçün rüşvət aldığna görə 6 il müddətinə azadlıqdan məhrum edib.

Olmert İsrail tarixində həqiqi həbs cəzası alan ilk hökumət başçısı olub. O, Ali Məhkəmədə qərara etiraz edə bilməsə, eks-prezident Moşe Kaasavadan sonra həbs edilən ən yüksək vəzifəli məhkum olacaq. Qeyd edək ki, Kaasava zorlama cinayətinə görə həbs edilib.

“Hollilend işi” Olmertin hökumət başçısı vəzifəsindən istefasının səbəblərindən biri olub və onu siyasi karyerasını yeniləməsi imkanından məhrum edib(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600