Sabiq prezident həbs ediləcək

media-hightechnic-468x90

Cənubi Koreya Prokurorluğu sabiq prezident Pak Kın Heninin həbs olunmasını istəyir.

Sabiq prezidentin adı korrupsiya qalmaqalında hallandığı üçün istefa verməli olub. Bununla bağlı ölkə prokurorluğu məhkəməyə sorğu göndərib.

Qeyd edək ki, prezident Pak uzun illərdir rəfiqəsi olmuş Çoy Sunsillə əlbir olaraq, bir neçə şirkətin iki şübhəli fonda 70 milyon dollar ianə etməsi qarşılığında təəssübkeşlikdə ittiham edilir.

Korrupsiya qalmaqalı ilə bərabər prezident Pak bir neçə digər ittihamla da üzləşir. Onların arasında 2014-cü ildə 300 insanın ölümü ilə nəticələnən Sevon gəmisinin batması zamanı insanların xilas edilməsində səhlənkarlıq və öz qızını prestijli universitetə yerləşdirmək üçün prezidentlik əlaqələrindən istifadə edilməsi göstərilir.

Yeniçağ.az

media-ziraat-728x90

Sabiq prezident həbs ediləcək?

media-hightechnic-468x90

gggggggtGürcüstan prokurorluğu ölkənin sabiq Prezidenti Mixail Saakaşvili barəsində cinayət işi qaldırıb.

Keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, “İmedi” teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

Prokurorluq hesab edir ki, M.Saakaşvili hər üç ittiham üzrə sabiq daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, Tbilisinin sabiq meri Qiqi Uqulava, Baço və Dato Axalaya qardaşları və həmin dövrdəki digər məmurlarla birgə cavab verməlidir.

Prokurorluq M.Saakaşvilini bu üç cinayətin həyata keçməsi üçün bilavasitə əmr verməkdə ittiham edir.

Əgər qaldırılan ittihamlar üzrə onun günahı sübuta yetirilsə, sabiq dövlət başçısını 5 ildən 8 ilədək həbsxana həyatı gözləyir.

Qeyd edək ki, M.Saakaşvili istintaqa gəlməkdən bir neçə dəfə boyun qaçırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600